Tovuzda "Turan Tovuz"a 0:4 hesabı ilə məğlub olan "Neftçi" futbolçuları bu biabırçılığın qarşılığını maaşları ilə ödəyəcəklər.
Rekord.az xəbər verir ki, klub rəhbərliyi məğlubiyyətə görə bütün futbolçulara pul cəzası kəsib.
Onların aprel ayının maaşının 15 faizi cərimə olaraq tutulub.