
“Neftçi” daha bir futbolçunun transferini açıqladı
- 15 İyl 2025 20:00
- 57
“Neftçi” daha bir futbolçunu heyətinə qatıb.
Rekord.az xəbər verir ki, "ağ-qaralar" ekvadorlu Cordan Rezabala ilə anlaşıb.
25 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.
Ekvadorun “İndependyente” klubunun yetirməsi olan Rezabala vətənindən başqa, Meksika çempionatında da çıxış edib. 2024-cü ilin fevralından 2025-ci ilin fevralınadək “Sumqayıt”ın formasını geyinmiş Rezabala bir müddət baş məşqçi Samir Abasovun rəhbərliyi altında da oynayıb. Cordan 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin şərəfini qoruyub, 2019-cu ildə U-20-nin heyətində Cənubi Amerika çempionu olub.