
“Neftçi” ayrılığı rəsmən açıqladı
- 18:30
- 54
“Neftçi” klubu futbolçusu İsmayıl Zülfüqarlı ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Ağ-qaralar"ın yetirməsi olan oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Əsas komandada 2019/2020 mövsümündə debüt etmiş Zülfüqarlı "Neftçi"də 67 rəsmi oyun keçirib, 4 qol vurub. O, klubun heyətində avrokubokarda qol vurmuş ən gənc futbolçu kimi də tarixə düşüb.