Mahmud Qurbanovun “Səbail”ə yollanmasından sonra “Neftçi-2”nin “sükanı”nın kimə tapşırılacağı maraq doğurur.

Rekord.az xəbər verir ki, bu suala aydınlıq gətirmək üçün “ağ-qaralar”ın mətbuat katibi Rüstəm Allahverdiyevlə əlaqə saxlanılıb.

 

Klub rəsmisi “Football-plus.az” saytına açıqlamasında bunları söylədi: “Hələ ki, bu yöndə xəbər yoxdu. Təbii ki, boş qalan posta namizədlər var. Ancaq əvəzedici komandanın yeni baş məşqçisinin adı iyunun 2-dən sonra məlum olacaq”.



Mətbuat katibi namzidələrin adı çəkməsə də, kluba yaxın mənbələrdən əldə etdiyimiz bilgiyə əsasən, “Neftçi-2” son mövsüm klubun U-19 komandasını şalışdırmış Rəşad Abdullayevə tapşırılacaq.