Naxçıvan şəhərindəki Sahil Parkında “Naxçıvanda kikboksinq günü” adlı tədbir keçirilib.

Rekord.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd sağlam həyat tərzini təbliğ etmək və kikboksinq idman növünə marağı artırmaqdan ibarət olub.

Dəvət olunmuş dj-in musiqi müşayiəti ilə keçirilən tədbirdə peşəkar və həvəskar idmançılar daxil olmaqla ümumilikdə 85 nəfər iştirak edib. Tədbirdə Naxçıvan Kikboksinq Federasiyasının sədri Xəyal Abdullayev də iştirak edib.

Tədbirin təşkilatçılığında səmərəli fəaliyyətinə görə federasiyanın baş məşqçisi Etibar Qəribov Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi tərəfindən təşəkkürnamə ilə təltif edilib.