Naxçıvan stadionu ölkənin böyük stadionlarından hesab olunsa da, işıqlandırmaq ilə bağlı problemi var.

Rekord.az xəbər verir ki, işıqlandırma sistemi olmadığı üçün oyunlar günorta saatlarına keçirilir.

Əldə etdiyimiz son məlumata görə isə stadiona yeni işıqlandırma sistemi gətirilib. Sadəcə, həmin sistemi quraşdırıb işə salmaq lazımdır ki, bu işi etmək problemə çevirilib. Çünki 10 min manat pul lazımdır. Daha doğrusu sistem quraşdırılandan sonra stadiona elektrik enerjisini verməli olan şirkətin bu məbləği tələb etdiyi deyilir. Həmin şirkətin “Azərişıq” və ya “Azenerji” olduğu güman edilir.