Növbəti mövsümdən Premyer Liqada oynayacağı gözlənilən "Araz Naxçıvan" hazırda infrastruktur problemini həll etməklə məşğuldur.

Rekord.az xəbər verir ki, hazırda işıqlandırma ilə bağlı işlər görülür.

Eyni zamanda qarşılaşmalarının keyfiyytli canlı yayımı üçün də işlər aparılır və bu məsələdə yayımçı tv olan "CBC Sport" durumdan tam razı deyil. Bununla bağlı klub rəhbərliyinə də məlumat və zaman verilib və problemlərin həllinin vacib olduğu vurğulanıb.