Kosta-Rika millisinin qapıçısı Keylor Navas PSJ-ni tərk etməyə hazırlaşır.

Rekord.az "L`Equipe" nəşrinə istinadən xəbər verir ki, təcrübəli qolkiper bu mövsüm bütün turnirlər daxil olmaqla 23 oyun olsa da, Paris klubundakı oyun praktikasından narazıdı. Məhz buna görə də 35 yaşlı qapıçı PSJ-ni tərk etmək niyyətindədi.

Hazırki klubu ilə müqaviləsi 2024-cü ildə başa çatacaq Navasın transfer dəyəri 10 milyon avrodu. Onun yeni mövsümdən İtaliya A seriyasında çıxış edən klublardan birinə keçəcəyi ehtimal edilir.