“Napoli”də yeni müdafiəçi
- 16:15
- 21
“Napoli” İtaliya millisinin müdafiəçisi Konstantino Favazulini heyətinə qatıb.
Rekord.az xəbər verir ki, bu barədə Neapol klubunun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı futbolçu “Katandzaro”dan icarəyə götürülüb. Müqavilədə oyunçunun məcburi satınalma şərti də nəzərdə tutulub.
Daha əvvəl yayılan xəbərlərə görə, icarə haqqı 1 milyon avro, məcburi satınalma məbləği isə 6,2 milyon avrodur. Transfer məbləğinin yarısını “Fiorentina” alacaq.
26 aprel 2004-cü ildə doğulan Favazuli “Fiorentina”nın yetirməsidir. O, gənclər komandasında 1 İtaliya Superkuboku və 2 İtaliya Kuboku qazanıb. Müdafiəçi daha sonra “Ternana” və “Bari”də çıxış edib, ardınca “Katandzaro”ya keçib. O, bu klubun heyətində 42 oyunda meydana çıxıb və 2 qol vurub.