
Namiq Azərbaycana qayıtmaq istəmir
- 30 May 2022 14:00
- 732
"Bursaspor"dan ayrılan Namiq Ələsgərovin karyerasını harada davam etdirəcəyi hələlik bilinmir.
Rekord.az xəbər verir ki, futbolçu Azərbaycana qayıtmaq istəmir.
Ən pis halda yenidən Türkiyənin I liqasında komanda tapıb orada oynamaq istəyir. Futbolçunun meneceri də hazırda bu yöndə çalışır. Futbolçu özü isə millinin düşərgəsindədir ki, millinin oyunlarından sonra klubla bağlı məsələsinə nöqtə qoyacaq.