
Müstəqillik Gününə həsr olunmuş velosiped yürüşü keçiriləcək
- 26 May 2025 16:30
- 70
Mayın 28-də Müstəqillik Günü münasibətilə Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped Federasiyası və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə velosiped yürüşü keçiriləcək.
Rekord.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Velosiped idmanını sevən hər kəsin bu tədbirdə iştirak edə biləcəyi vurğulanıb.
Yürüş saat 11:00-da Veloparkda başlayacaq və Bayraq Meydanında başa çatacaq.