Musialadan Bundesliqada tarixi rekord
- 14:00
- 23
“Bayern” Almaniya çempionatının 23-cü turunda evdə "Ayntraxt"ı (Frankfurt) 3:2 hesabı ilə məğlub edib.
Rekord.az xəbər verir ki, meydan sahiblərinin heyətində Harri Keyn dubl edib, daha bir qolu isə Pavloviç vurub.
Qonaqların heyətində Burkardt və Kalimuendo fərqləniblər.
Matçda həmçinin "Bayern"in hücumameyilli yarımmüdafiəçisi Camal Musiala da iştirak edərək Bundesliqadakı 100-cü qələbəsini qazanıb.
Almaniyalı futbolçu turnir tarixində bu nəticəyə çatan ən gənc oyunçu olub. "Opta" statistika portalının məlumatına görə, rekord zamanı o, 22 yaş 360 günlüyündə olub.
"Bayern" növbəti turda 28 fevralda səfərdə "Borussiya" ilə, "Ayntraxt" isə 1 martda "Frayburq"la qarşılaşacaq.