Xəbər verdiyimiz kimi, "Zirə" "Qarabağ"ın futbolçusu Musa Qurbanlını mövsümün sonuna kimi icarəyə götürüb.

Rekord.az xəbər verir ki, yayda Musa Ağdam klubuna geri qayıtmalıdır.

Lakin baş məşqçi Rəşad Sadıqov Musanı avrokuboklarda da oynatmaq istəyir. Əldə etdiyimiz məlumata görə, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Sadıqovun istəyini yerə salmayacaq. Yəni oğlunun avrokuboklarda və ümumiyyətlə, qışa kimi "Zirə"də forma geyinməsinə icazə verəcək.