1930-cu ildə təşkil olunan ilk dünya çempionatından bəri turnirin matçlarını tribunalardan izləyən tamaşaçıların sayı 50 milyona çatıb.


Rekord.az FIFA-ya istinadən xəbər verir ki, mundiallar tarixinin 50 milyonuncu azarkeşi DÇ-2026-nın 1/8 final mərhələsinin ABŞ-nin Arlinqton şəhərində keçirilən İspaniya - Portuqaliya (1:0) matçını izləyən Texas sakini İmmi Xan olub.


Bu qarşılaşma onun turnirdə tribunalardan izlədiyi 9-cu oyun olub.


İ.Xana xatirə xarakterli bileti tanınmış futbolçular - ispaniyalı Karles Puyol və portuqaliyalı Pepe təqdim edib.


Qeyd edək ki, Portuqaliya - İspaniya matçını tribunalardan ümumilikdə 70 649 tamaşaçı izləyib.