Bu gün AFFA-nın İnzibati binasında Lisenziyalaşdırma qrupunun Premyer Liqa və Birinci Divizionda çıxış edən klub nümayəndələri üçün 2020-21-ci il Lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib.

Rekord.az xəbər verir ki, iclasda aşağıda qeyd olunmuş mövzular haqqında ətraflı məlumat verilib:

- Paket sənədlərdə və Lisenziyalaşdırma üzrə qaydalarda baş vermiş dəyişikliklərlə bağlı məlumat
- Ötən mövsümün icmalı
- Lisenziyalaşdırma qrupunun mövsüm ərzində planlaşdırılmış tədbirlər haqda məlumatı

İclasın sonunda Lisenziyalaşdırma qrupunun əməkdaşları klub nümayəndələrinin suallarını cavablandırıb.