
Modriç Kazemironun "Mançester Yunayted"ə keçidini biabırçılıq adlandırdı VİDEO
- 22 Avq 2022 14:15
- 413
"Real"ın futbolçusu Luka Modriç Kazemironun "Real"dan ayrılmasından narazı qalıb.
Rekord.az xəbər verir ki, 30 yaşlı futbolçu "Mançester Yunayted"ə transfer olunub.
Modriç sport.es-ə açıqlamasında bu transferlə bağlı deyib: “Kazemironun transferi biabırçılıqdır. O, komandanın vacib bir hissəsi idi, birlikdə çoxlu kuboklar qazandıq. Əlbəttə, bu, bizim idmanımızın bir hissəsidir, amma onun getdiyini başa düşmək məni kədərləndirir. İndi onun itkisini kompensasiya etmək üçün intiqamla oynamalıyıq". Qeyd edək ki, Kazemiro yeni klubu 4 illik müqavilə imzalayacaq.