
Modriç Ancelottini dəstəklədi
- 18 May 2023 13:20
- 394
"Real"ın futbolçusu Luka Modriç baş məşqçi Karlo Ancelottiyə dəstəyini nümayiş etdirib.
Rekord.az xəbər verir ki, o, komandanın "Mançester Siti"yə böyük hesablı məğlubiyyətinə və Çempionlar Liqasında mübarizəni dayandırmasına baxmayaraq, italiyalı məşqçimin postunda qalıb işləməsinin tərəfdarı olduğunu bildirib: "Ancelotti "Real"da qalıb işləməyə layiq məşqçidir. Mövsümü pis keçirmədik. Həm La Liqada, həm də Çempionlar Liqasında uzun müddət favorit olduq. Təəssüf ki, sonluq belı alındı. İdmanda bu cür hallar olur. "Real" bu gün kifayət qədər təhlil və tənqid olunur. Normal tənqidləri də qəbul edirik".