"Milan"ın yarımmüdafiəçisi Luka Modriç İtaliya A Seriyasının tarixinə düşüb.


Rekord.az xəbər verir ki, 40 yaşlı xorvatiyalı bunu 25-ci turun "Piza" ilə səfər oyununun (2:1) 85-ci dəqiqəsində qol vurmaqla reallaşdırıb.


Futbolçu (40 yaş 157 gün) İtaliya A Seriyasında qol vuran ən yaşlı üçüncü futbolçu olub. O, yalnız Alessandro Kostakurta (41 yaş 25 gün) və Zlatan İbrahimoviçdən (41 yaş 166 gün) geri qalır.


Təcrübəli yarımmüdafiəçi 2025/2026 mövsümündə "Milan"ın heyətində meydana çıxdığı 26 matçda 2 qola, 3 məhsuldar ötürməyə imza atıb.