MMA üzrə dəfələrlə çempion olmuş Sultanov Ramin Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun qonağı olmuşdur

Rekord.az xəbər verir ki, Qusar rayon Gedəzeyxur kəndindən olan Sultanov Ramin Ramikoviç 11 noyabr 2023-cü il tarixində Tatarıstanın Almetivsk şəhərində Eagle FC 54 qalibi olmuşdur.

Rəqibi Magomed Kurbanovla döyüşdə EFC yüngül çəki üzrə qalib gələrək ölkəmizin bayrağını ucaltmışdır. MMA karyerasında 9 qələbə, 1 məğlubiyyətə malikdir.