ABŞ-ın “Los Anceles Qalaksi” futbol klubu baş məşqçisi Gilyermo Skelotto ilə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə MLS-in mətbuat xidməti məlumat yayıb.

Komandada baş məşqçi vəzifəsini mövsümün sonuna qədər müvəqqəti olaraq Dominik Kinner yerinə yetirəcək.

Skelotto “Los Anceles Qalaksi”yə keçən ilin yanvarından rəhbərlik edirdi.