
Mircavadov "Sumqayıt"ı sərt tənqid etdi: "Əcnəbi futbolçuya burada futbol öyrədəcəyəmsə..."
- 31 Avq 2022 19:00
- 447
AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov “Sumqayıt”ın Premyer Liqadakı çıxışını tənqid edib.
Rekord.az xəbər verir ki, əməkdar məşqçi qol.az saytına açıqlamasında bildirib ki, “Sumqayıt” onu çaşdırır.
“Komandanın oyunu yoxdur. Əvvəl biz görürdük ki, “Sumqayıt” hər iki hissəni eyni səviyyədə oynayırdı, ora kim səfər edirdisə, 1 xal qazananda sevinirdi. İndi komandada oyun yoxdur, heyət isə bərbad haldadır. Transferlər ediblər, amma keyfiyyətli futbolçu lazımdır. Pul verib futbolçu gətirirsənsə, gərək bizim oyunçulardan heç olmasa 15-20 faiz üstün olsun. Eyni səviyyədə futbolçunu niyə gətirirlər? Mən əcnəbi futbolçuya burada futbol öyrədəcəyəmsə, onu niyə gətirirəm? Bu suallara cavab tapmaq lazımdır. Baş məşqçi Aleksey Baqa ötən ildən komandanı çalışdırır. Bu mövsüm onun komandasından oturuşmuş oyun gözləyirdim. Amma bunlar görünmür” - deyə o bildirib.