Xəbər verdiyimiz kimi, Samir Abasovun əsas komandada ehtiyac duymadığı Mirabdulla Abbasov əvəzedici komandaya göndərilib. Həmin komandada meydançaya çıxan hücumçu I Divizionda qol da vurub.

Rekord.az xəbər verir ki, Abbasov əslində Premyer Liqada da oynaya bilərdi.

Belə ki, “Sumqayıt” onu icarəyə götürmək üçün bir neçə dəfə “Neftçi” ilə danışıqlara aparıb. “Neftçi” rəhbərliyi futbolçunu icarəyə verməyə razı olsa da, Mirabdulla özü “Sumqayıt”a getməkdən imtina edib. Səbəb isə maddi durumla bağlı olub. İş ondadır ki, futbolçunun “Neftçi”dəki maaşı 9 min manatdı. Yəni futbolçu əvəzedici komandada oynasa belə, o maaşı alacaq. “Sumqayıt”ın isə bu qədər maaş verməyə imkanı yoxdur. Məhz bu səbəbdən futbolçu “Neftçi”də qalıb əvəzedici komandada oynamağa razı olub.