
“Mingəçevir” baş məşqçisi ilə yolları ayırdı
- 24 Dek 2024 22:20
- 173
Azərbaycanın 1-ci Liqasında çıxış edən "Mingəçevir" baş məşqçi Ədəhim Niftəliyevlə yolları ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
"Mingəçevir" hazırda turnir cədvəlində 6 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.