Qana millisinin baş məşqçisi Otto Addo istefaya göndərilib.


Rekord.az xəbər verir ki, 50 yaşlı mütəxəssislə ayrılıq qərarına səbəb yığmanın mart ayındakı uğursuz çıxışı olub.


Belə ki, qanalılar yoldaşlıq görüşlərində Avstriyaya 1:5, Almaniyaya isə 1:2 hesabı ilə məğlub olublar. Ümumilikdə isə komanda ardıcıl dörd oyundur məğlubiyyətlə üzləşir.


Qeyd edək ki, 2024-cü ilin martından komandaya rəhbərlik edən Addo gələn il keçiriləcək dünya çempionatına 10 həftə qalmış işini itirib. Qana millisi ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi DÇ-2026-nın qrup mərhələsində Xorvatiya, İngiltərə və Panama ilə qarşılaşacaq.