
Millimizin rəqibinin yeni baş məşqçisi məlum oldu
- 01 Sen 2022 15:15
- 386
UEFA Millətlər Liqasında Azərbaycan yığmasının rəqibi olan Slovakiyanın yeni baş məşqçisi məlum olub.
Rekord.az xəbər verir ki, komandanı Françesko Kaltsona çalışdıracaq.
Bu barədə Slovakiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
54 yaşlı italiyalı mütəxəssislə 2023-cü ilin sonunadək nəzərd tutulan sözləşmə imzalanıb.
Slovakiya C Liqasının III qrupunun Bakıda keçirilən oyununda millimizi 1:0 hesabı ilə məğlub edib. Komandalar arasında ikinci matç 22 sentyabr tarixində Slovakiyada baş tutacaq.