Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı rəqiblərindən olan Qazaxıstan seçməsi yoxlama oyunu keçirəcək.

Rekord.az xəbər verir ki, Məhəmməd Adıyevin baş məşqçi olduğu komanda noyabrın 20-də Əbu-Dabidə Birləşmiş Ərəb Əmirlikləri millisi ilə üz-üzə gələcək.

Komanda bundan əvvəl Millətlər Liqasında sentyabrın 22-də Belarusu qəbul edəcək, 3 gün sonra isə Azərbaycan millisinin qonağı olacaq.

Qazaxıstan yığması 10 xalla C Liqasının 3-cü qrupunda liderdir. 4 xala malik Azərbaycan millisi isə 3-cü pillədə qərarlaşıb.