Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Malta və Bosniya və Herseqovina millisinə qarşı keçirəcək oyunları idarə edəcək hakimlər müəyyənləşib.

Rekord.az xəbər verir ki, sentyabrın 2-də Ta Qali şəhərindəki Mərkəzi stadionda keçiriləcək Malta – Azərbaycan oyununu İtaliyadan, sentyabrın 6-da “Dalğa Arena”da təşkil olunacaq Azərbaycan – Bosniya və Herseqovina qarşılaşmasını isə Fransadan olan hakimlər briqadası idarə edəcək:

Malta – Azərbaycan
2 sentyabr. Ta Qali. Mərkəzi stadion. Saat 21:30
Baş hakim: Silvia Gasperotti
Baş hakimin köməkçiləri: Veronica Martinelli, Veronica Vettorel
Dördüncü hakim: Anna Frazza
(Hakimlər briqadası İtaliyadandır)
 
Azərbaycan – Bosniya və Herseqovina
6 sentyabr. “Dalğa Arena”. Saat 20:00
Baş hakim: Maika Vanderstichel
Baş hakimin köməkçiləri: Solenne Bartnik, Clothilde Brassard
Dördüncü hakim: Savina Elbour
(Hakimlər briqadası Fransadandır)