
Millimizdən MDB Oyunlarında 2-ci qələbə
- 14:45
- 34
Azərbaycanın çövkən yığması III MDB Oyunlarında 2-ci qələbəsini qazanıb.
Rekord.az xəbər verir ki, A qrupunda yer alan milli komandamız Küveytlə üz-üzə gəlib.
Şəki şəhər stadionunda baş tutan görüş Azərbaycan komandasının qələbəsi ilə başa çatıb - 5:0.
Xatırladaq ki, yığmamız qrupdakı ilk oyunda Qırğızıstan üzərində 4:0 hesabı ilə qələbə qazanmışdı.
Bu gün çövkən üzrə daha bir matç keçirilib. B qrupunda Türkiyə yığması Özbəkistanla qarşılaşıb. Şəki şəhər stadionunda baş tutan görüş Asiya təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq.