Millimiz Syerra Leone yığmasına penaltilərlə qalib gəldi
- 21:22
- 40
Azərbaycan millisi bu gün növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, millimiz “FIFA Series-2026” beynəlxalq turnirindəki ikinci oyununda Syerra Leone yığması ilə qarşılaşıb.
Ayxan Abbasovun rəhbərlik etdiyi millimiz turnirdəki ilk matçında Sent Lüsiya yığmasına 6:1 hesabıyla qalib gəlmişdi. Syerra Leone yığması isə bu turnirdə ilk görüşünü keçirib.
İlk oyunda olduğu kimi, Syerra Leone ilə görüş də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilib. Oyunun əsas vaxtı bərabərliklə yekunlaşıb. Qalib isə penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən millimiz turnirin də qalibi olub.
FIFA Series-2026
30 mart
Azərbaycan – Syerra Leone 1:1 (penaltilər 9:8)
Qollar: Rahil Məmmədov, 72 - Daniel Kanu, 28.
Hakimlər: Asker Najafaliyev, Baxtiyorxuja Şavkatov, İslom Azimov (Hakimlər briqadası Özbəkistandandır).Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
Azərbaycan: Aydın Bayramov, Elvin Bədəlov, Bədavi Hüseynov, Krivotsyuk, Qismət Alıyev, Aleksey İsayev, Emin Mahmudov, Emil Səfərov, Elvin Cəfərquliyev, Renat Dadaşov, Musa Qurbanlı.
Baş məşqçi: Ayxan Abbasov.