Futzal üzrə Azərbaycan millisi iki yoxlama oyunu keçirəcək.

Rekord.az xəbər verir ki, Joze Alesio da Silvanın rəhbərlik etdiyi komandamız Qazaxıstan yığması ilə üz-üzə gələcək.

Bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb. Hər iki oyun səfərdə - sentyabrın 19-da və 20-də baş tutacaq.