Millimiz olimpiadaya vəsiqə üçün hazırlıqlara başladı
- 2019-12-25 11:54
- 997
Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Avropa Olimpiya təsnifat turnirinə hazırlıqlara start verib. “Rekord.az” xəbər verir ki, yığmamız təlim-məşq toplanışına ilk olaraq Voleybol Mərkəzində başlayıb.
Yarışda Vasif Talıbovun rəhbərlik etdiyi komanda ilkin məşqləri Bakıda keçirəcək. Daha sonar komandamız təlim-məşq toplanışı üçün Türkiyə və Polşaya yollanacaq. Millimizin hazırlıq çərçivəsində bir neçə yoldaşlıq oyunu keçirməsi də nəzərdə tutulur.
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları üçün Avropa Olimpiya təsnifat turniri gələn il yanvarın 7-12-də Niderlandın Apeldorn şəhərində olacaq. A qrupunda yer alan Azərbaycan millisi mübarizəyə ev sahibləri ilə başlayacaq. Ardınca Bolqarıstanla qarşılaşacaq yığma son matçda Polşa ilə üz-üzə gələcək. B qrupunda isə Almaniya, Türkiyə, Xorvatiya və Belçika kollektivləri yer alıblar. Yarışın qalibi Olimpiadada iştirak hüququna yiyələnəcək.
Avropa Olimpiya təsnifat turniri
7 yanvar
A qrupu
19:00 Polşa - Bolqarıstan
22:30 Azərbaycan - Hollandiya
B qrupu
16:00 Almaniya - Türkiyə
8 yanvar
A qrupu
22:30 Bolqarıstan - Hollandiya
B qrupu
16:00 Xorvatiya - Türkiyə
19:00 Belçika - Almaniya
9 yanvar
A qrupu
19:00 Bolqarıstan - Azərbaycan
22:30 Hollandiya - Polşa
B qrupu
16:00 Belçika - Xorvatiya
10 yanvar
A qrupu
23:00 Polşa - Azərbaycan
B qrupu
16:30 Almaniya - Xorvatiya
19:30 Türkiyə - Belçika