
Millimiz Moldovaya qalib gəldi
- 03 Sen 2022 14:44
- 495
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Dünya Çimərlik oyunlarının (ANOC World Beach Games) Avropa zonası üzrə seçmə mərhələsində çıxışını başa vurub.
Rekord.az xəbər verir ki, 9-cu yer uğrunda qarşılaşmada Moldova yığması ilə üz-üzə gələn komandamız 5:2 hesablı qələbə qazanıb.
Millimizin heyətində Amid Nəzərov (4) və Sabir Allahquliyev fərqlənib.