
Millimiz məğlubiyyətlə başladı
- 21 Sen 2022 21:00
- 420
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün Bolqarıstan yığması ilə qarşılaşıb.
Rekord.az xəbər verir ki, Bolqarıstan millisi 90+3-cü dəqiqədə penaltidən vurduğu qolla 1:0 hesablı qələbə qazanıb.
Millimiz qrup mərhələsində növbəti oyununu sentyabrın 24-də Türkiyə yığmasına qarşı keçirəcək.