
Millimiz Fransa yığmasına qalib gəldi
- 05 May 2023 13:15
- 408
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində pley-off mərhələsinə start verilib.
Rekord.az xəbər verir ki, A qrupunu üçüncü pillədə başa vuran Azərbaycan millisi pley-offda digər qrupun ikincisi olan Fransa ilə münasibətlərinə aydınlıq gətirib.
Beş qolun qeydə alındığı oyunda yığmamız qələbə qazanan tərəf olub. Millimizin heyətində Elvin Əlizadə (29), Təmraz Əmircanov (34) və Hüseyn Axundov (37) fərqləniblər.
Yığmamız yarımfinalda B qrupunun birincisi olmuş Qazaxıstanla qarşılaşacaq.
Digər pley-off görüşü Çexiya və Ukrayna yığmaları arasında baş tutacaq. Bu cütün qalibini isə yarımfinalda A qrupunda birinci olmuş Serbiya ilə görüş gözləyir.
Pley-off oyunları
Fransa – Azərbaycan 2:3
12:30. Çexiya – Ukrayna
Yarımfinal
20:00. Serbiya – Azərbaycan
21:30. Qazaxıstan – Çexiya/Ukrayna