
Millimiz bu gün ilk oyununu keçirəcək
- 17 Mar 2022 14:20
- 487
19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının əsas seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.
Rekord.az xəbər verir ki, komandamız Xorvatiyada keçiriləcək qrup oyununda bu ölkənin müvafiq yaş qrupundan ibarət millisi ilə üz-üzə gələcək.
Bakı vaxtı ilə saat 20:00-da başlayacaq oyunu idarə edəcək hakimləri nəzərinizə çatdırırıq:
Azərbaycan – Xorvatiya
17 mart. Karlovac. Mladost Arena. Saat 20:00
Hakimlər: Pablo Delgado Sastre (İspaniya), Michael Lima De Sousa (Lüksemburq), Talgat Kosmukhambetov (Qazaxıstan)
Timekeeper: Mislav Dzeko (Xorvatiya)