
Millimiz Belarusla Serbiyada qarşılaşacaq
- 28 Apr 2022 18:45
- 492
Azərbaycan milli komandasının UEFA Millətlər Liqası çərçivəsində səfərdə Belarus yığmasına qarşı keçirəcəyi oyunun məkanı müəyyənləşib.
Rekord.az xəbər verir ki, Belarus – Azərbaycan matçı iyunun 6-da, Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda keçiriləcək. Oyun saat 22:45-də başlayacaq.