
Millilərimizin Avropa Kubokunun təsnifat mərhələsindəki rəqibləri bəlli oldu
- 31 Yan 2025 15:20
- 181
Azərbaycanın 3x3 basketbol millilərinin Avropa Kubokunun təsnifat mərhələsindəki rəqibləri bəlli olub.
Rekord.az xəbər verir ki, kişilərdən ibarət komanda İrlandiya, Kosovo, Kipr, Albaniya və Malta, qadınlar isə İrlandiya, Kosovo, Kipr, Malta kollektivləri ilə üz-üzə gələcək.
Qarşılaşmalar iyunun 7-8-də Kosovonun paytaxtı Priştinada gerçəkləşəcək.
Həm kişi, həm də qadın kateqoriyasında yalnız təsnifat mərhələsinin qalibi Avropa Kubokunun 2025-ci ildə baş tutacaq əsas mərhələsində iştirak etmək hüququ qazanacaq.