
Milli komandadan “Sabah”la heç-heçə
- 28 Noy 2022 01:43
- 399
Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Rekord.az xəbər verir ki, “Sabah”ın U-17 komandasına qarşı keçirilmiş qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
U-16-nın heyətində 19-cu dəqiqədə Şahismayıl Cəfərov fərqlənib.