
Milli komandada baş məşqçi istefası
- 19 Apr 2022 11:30
- 461
Futbol üzrə Kolumbiya milli komandasının baş məşqçisi Reynaldo Rueda istefaya göndərilib.
Rekord.az xəbər verir ki, bu barədə Kolumbiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Buna yığmanın Qətərdə keçiriləcək DÇ-2022-nin final mərhələsinə vəsiqə qazana bilməməsi səbəb olub. Rueda ilə yanaşı, onun köməkçiləri də istefaya göndərilib. Millinin yeni baş məşqçisinin adına qarşıdakı günlərdə aydınlıq gətiriləcəyi diqqətə çatdırılıb.
Reynaldo Rueda 2021-ci ildən Kolumbiya yığmasına başçılıq edirdi.