"Milan"ın baş direktoru İvan Qazidis istefa verib.

Rekord.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Funksionerlə müqavilə 2022-ci il dekabrın 5-də başa çatır. Qazidis getdiyi tarixə qədər vəzifəsində qalacaq, klub yaxın vaxtlarda onun əvəzələyicisi elan edəcək.

İ.Qazidis 2018-ci ildən klubun baş direktoru idi.