
“Milan”da yeni müqavilə
- 20 Apr 2023 19:30
- 349
İtaliyanın “Milan” klubu hücumçusu Olivye Jiru ilə yeni müqavilə bağlayıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
36 yaşlı hücumçunun sözləşməsinin müddəti 2024-cü ilin yayınadək artırılıb.
Jiru “Milan”a 2021-ci ilin iyul ayında İngiltərənin “Çelsi” komandasından keçib. Fransalı forvard bu komandada 76 oyuna 27 qol vurub. O, daha öncə “Arsenal”, “Çelsi”, “Monpelye”, “Tur”, “İstr” və “Qrenobl” kimi klubların da formasını geyinib.