Zədədən əziyyət çəkən və hazırda müalicə olunan Sezar Meza Kolli bu yaxınlarda bakıya gələcək.

Rekord.az xəbər verir ki, paraqvaylı futbolçu gələcək taleyi ilə bağlı "Neftçi" rəhbərliyi ilə müzakirə aparmaq istəyir.

Çünki zədəyə görə xeyli müddətdir yaşıl meydançalardan uzaqdır. Yalnız yanvar ayında məşqlərə başlaya biləcək. Bu müddətdə yayılan məlumatlara görə isə baş məşqçi Regekampfl artıq onun xidmətində o qədər də maraqlı deyil. Hər halda, bütün bu məsələləri yerindəcə rəhbərliklə görüşüb müzakirə etmək lazımdır.