“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi nadir rekorda imza atıb.


Rekord.az xəbər verir ki, o, MLS tarixində ardıcıl 4 matçda dubl edən ilk oyunçu olub.


Messi bunu "Nyu İnqlend Revoluşın"a 2:1 hesabı ilə qalib gəldikləri görüşdə dubl müəllifi olmaqla reallaşdırıb.


38 yaşlı futbolçu daha əvvəl “Kolumbus Kryu” (5:1) və “Monreal İmpakt” (4:1, 4:2) komandalarına qarşı görüşlərdə də dubla imza atıb.