Messi qərarını Laportaya bildirdi
- 2021-06-23 12:47
- 582
"Barselona"nın hücumçusu Lionel Messi klubunda qalmağa qərar verib.
Rekord.az "COPE"yə istinadən xəbər verir ki, argentinalı futbolçu Kataloniya təmsilçisinin prezidenti Joan Laportaya müqavilənin uzadılması təklifini qəbul etdiyini bildirib.
Onun 2 illik sözləşmə imzalayacağı vurğulanıb.
Qeyd edək ki, Messinin "Barselona" ilə hazırkı müqaviləsi iyunun 30-u başa çatır.