
Messi Liqa 1-də mövsümün ən yaxşı adına namizəd oldu
- 17 May 2023 12:22
- 339
Liqa 1-də (Fransa) bu mövsümünün ən yaxşı oyunçusu adına namizədlər bəlli olub.
Rekord.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Bu ada cəmi beş futbolçu namizəddir. Onlardan ikisi lider PSJ-nin şərəfini qoruyur:
Lionel Messi, Kilian Mbappe (hər ikisi PSJ), Loi Openda, Seko Fofana (hər ikisi “Lans”), Conatan Devid (“Lill”).
Qalibin mükafatlandırılması mərasimi mayın 28-də baş tutacaq.