"Bunu yalnız mən demirəm, Messi özü də karyerasını "Barselona"da bitirmək istədiyini söyləyib".

Rekord.az xəbər verir ki, bu sözləri "Barselona"nın prezidenti Xosep Bartomeu deyib.

O, L.Messinin Kataloniya klubunda qalmaq istədiyini bildirib: "Heç şübhə etmirəm ki, o, 3-4 il sonra futbolçu karyerasını bitirəndə "Barselona"da olacaq.

Messi bunu aydın şəkildə söyləyib. O, uşaqlıqdan bəri buradadır. Messi "Barselona"nın tarixinin bir hissəsi, ən yaxşı oyunçusudur. Messi "Barselona"dadır və burada qalmaq istəyir".