
Məşqçini vuran futbolçuya 5 oyunluq cəza
- 18 May 2023 12:21
- 396
Fransanın "Olimpik" (Marsel) klubunun yarımmüdafiəçisi Dmitri Payet beş oyunluq cəzalandırılıb.
Rekord.az xəbər verir ki, buna 36 yaşlı futbolçunun "Lans"a uduzduqları Liqa 1-in XXXIV tur matçında rəqibin məşqçisi Yannik Kauzakı şillə ilə vurması səbəb olub.
Xatırladaq ki, qarşılaşma Marsel təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə bitib.