"Qarabağ"ın zədəli futbolçusu Kevin Medinanın son durumuna aydınlıq gəlib.

Rekord.az xəbər verir ki, futbolçunun Avropa Liqasının qrup mərhələsinə kimi sıraya dönmək ehtimalı var.

Bu haqda məlumatı klubun idman direktoru Əmrah Çəlikək verib: "Medina müalicəsini öz həkimi vasitəsi ilə aparır. Durumu ilə tez-tez maraqlanırıq. Vəziyyət yaxşıya doğru gedir. Qrup oyunlarına kimi yetişə biləcəkmi? İnşAllah çox ümid edirik ki, yetişəcək. Çünki hazırkı gedişat çox yaxşıdır".