Bu gün Qəbələ Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində stolüstü tennis yarışına start verilib.


Rekord.az xəbər verir ki, ilk gündə Azərbaycanın qadınlardan ibarət komandası yarımfinalda Özbəkistanı 2:1 hesabı ilə məğlub edib.


Komanda finalda Rusiya millisi ilə üz-üzə gələcək.


Azərbaycanın kişilərdən ibarət millisi isə bu gün 1/4 finalda Özbəkistanla görüşəcək.


Bu cütün qalibi yarımfinalda Qazaxıstanla qarşılaşacaq.


Yarımfinalın qalibləri ertəsi gün finalda üz-üzə gələcəklər. Məğlub olanlar isə III MDB Oyunlarının bürünc medalçıları olacaq.