
MDB Oyunları: Azərbaycanın daha bir komandası finala yüksəldi
- 19:30
- 34
III MDB oyunları çərçivəsində Qəbələdə keçirilən stolüstü tennis yarışında Azərbaycannın kişilərdən ibarət komandası finala yüksəlib.
Rekord.az xəbər verir ki, yığmamız Özbəkistanla üz-üzə gəlib.
Görüş Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Komandamız sabah finalda Rusiya ilə qarşılaşacaq.
Qeyd edək ki, komanda, şəxsi, qoşa və qarışıq-qoşa növləri üzrə keçirilən stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.